FTB "REvil" və "Sodinokibi" qruplarını təqsirli bilir

3 İyun 2021 08:43

ABŞ-ın Federal Təhqiqatlar Bürosu (FTB) "JBS" şirkətinə qarşı törədilən kiberhücumu "REvil" və "Sodinokibi" haker qruplarına aid edir.

Milli.Az Trend-ə istinadən bildirir ki, qurum günahkarların məsuliyyətə cəlb edilməsinə yönələn cəhdlərini gücləndirməyə davam edəcəyini açıqlayıb.

"Biz "JBS"ə qarşı törədilən hücumu "REvil" və "Sodinokibi" qrupları ilə əlaqələndiririk və təcavüzkarların ədalət mühakiməsinə çıxarılması üzərində ciddi çalışırıq", - məlumatda deyilir.

Milli.Az