Ağdaşda ev yanıb

3 İyun 2021 09:04

Ağdaş rayonunun Qaradeyin kəndində ümumi sahəsi 42 m² olan kürsülü, birmərtəbəli evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az