Bakıda ana və qızını avtomobil vurdu

2 İyun 2021 23:02

Bakıda piyadaların xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az baku.ws-ə istinadən xəbər verir ki, hadisə Nərimanov rayonunda qeydə alınıb.

"Gənclik" metrostansiyasının yaxınlığında avtomobil yolu keçən 1992-ci il təvəllüdlü Mahmudova İlkanə Şıxnəsib qızını və onun qızı, 2012-ci təvəllüdlü Mahmudova Aysun Burhan qızını vurub. Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

İ.Mahmudovaya sol dizin sınığı, A.Mahmudovaya isə sol budun sınığı diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az