32 karateçimiz uzun fasilədən sonra yarışa çıxacaq

3 İyun 2021 01:45

Azərbaycan karateçilləri Kiprin Limassol şəhərində uşaq, yeniyetmə və gənclər (12-17 yaşlılar) arasında mövsümün ilk Karate1 Gənclər Liqası turnirində iştirak edəcək. 

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, yarışa qatılan 37 ölkədən 760 idmançı arasında 32 karateçimiz də var. Onları yeniyetmə və gənclər milli komandasının baş məşqçisi Anar Allahverdiyev, böyük məşqçilər Seymur Xudaverdiyev və Nağı Mehdiyev, həmçinin kata üzrə milli komandanın böyük məşqçisi Anar Əhmədov müşayiət edir.

Milli.Az