Sürücülərə cinsi əlaqə təklif edib sonra qarət edirmişlər - Anbaan VİDEO

2 İyun 2021 19:54

Adana-Mersin (Türkiyə) arasında saxladıqları avtomobil sürücülərinə əxlaqsız təkliflər edib sonra qarət edən bir qrup qadın saxlanılıb.

Milli.Az haberturk-ə istinadən xəbər verir ki, qadınların bu əməli anbaan kameralara düşüb. Bu yolla onların 100-dən artıq şəxsi soyduqları bəlli olub. Keçirilən əməliyyat nəticəsində 200-ə yaxın əxlaqsız qadın saxlanılıb. Qadınların bu yolla 100 min lirəyə yaxın vəsaiti mənimsədikləri bildirilir.

Milli.Az