COVID-19-un Türkiyədə görülməyə başladığı 2020-ci ilin mart ayından indiyədək hava yolu ilə İstanbula gələn 17 mindən çox insan karantinə alınıb.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, karantinə alınan bu şəxslər ölkənin Gənclik və İdman Nazirliyinə məxsus tələbə yataqxanalarında saxlanılıblar. Onlardan 7 977-nin testi pozitiv nəticə verib.
Bu müddət ərzində 1104 otağı olan və eyni anda ümumilikdə 4 104 nəfəri qonaq etmə imkanına malik "Memar Sinan" yataqxanası İstanbulun pandemiya dövrü ərzində ən çox insana xidmət edən karantin mərkəzi seçilib.
Hazırda virusun mutasiyaya uğrayan variantının daha sürətlə yayılma xüsusiyyətinə malik olduğu Hindistan, Braziliya və Cənubi Afrika kimi ölkələrdən hava yolu ilə Türkiyəyə gələnlərin və ya yoluxmuş şəxslərlə yaxın ünsiyyətdə olanların 14 gün ərzində karantinə alınması prosesi davam edir.
Milli.Az