Qadına qarşı vəhşət bu dəfə Diyarbəkirdə (Türkiyə) yaşanıb.
Milli.Az haberturk-ə istinadən xəbər verir ki, 40 yaşlı İrfan Müjdəçi xanımı Meral Müjdəçi ilə mübahisə zamanı çaydandakı qaynar suyu və tavadakı yağı onun üstünə töküb. Uşaqların gözü önündə üzü və bədəni yanan qadın xəstəxanaya çatdırlıb.
Həbs olunan Müjdəçi barəsində məhkəmə iki aylıq cəza çıxarıb.
Milli.Az