İtkin düşmüş erməni hərbi qulluqçunun yaxını Arsen Qukasyan "Facebook" səhifəsində canlı yayım zamanı Abovyanyan meyitxanasında baş verənlərə toxunub.
Milli.Az ordu.az-a istinadən xəbər verir ki, o, yeni videolar paylaşacağını bildirib.
"Ağıllı olun, yoxsa meyitləri necə endirdiyiniz yox, boşaltdığınız videonu da paylaşacam", - deyə Qukasyan bildirib.
İtkin düşmüş erməni hərbi qulluqçunun yaxını qeyd edib ki, cavabını rəsmilərin verə bilməyəcəkləri videoları paylaşacaq.
"Mən hər şeyin aydın şəkildə göründüyü videonu paylaşacam, görüm hansı cavabı verəcəksiniz və birdən kimsə çaşıb qoyduğum materialın altına yalandır yazmasın, biz valideynlərlə çəkmişik və hər şeyi öz gözlərimizlə görmüşük, birdən kimsə yalandır deməyə çalışmasın", - deyə Arsen Qukasyan vurğulayıb.
Milli.Az