Ölümdən dönüb bilmədiyi dildə danışanlar - İNANILMAZ

2 İyun 2021 19:36

Dünyada qəribə, hələ də müəmma olaraq qalan hadisələr çoxdur.

Milli.Az big.az-a istinadən xəbər verir ki, bu dəfə təqdim edəcəyimiz hadisələr ölümdən dönüb, ayıldıqdan sonra, özünün belə bilmədiyi müxtəlif dillərdə danışan insanlar barədə olacaq:

- 1978-ci ildə Volqoqrad vilayətində yaşayan Nikolay Aleksandroviç Lipatov ildırım vurması nəticəsində ağır zədə alır və möcüzə nəticəsində sağ qalır. Sağalandan sonra 3 Avropa dilində sərbəst danışmağa başlayır.

- 1987-ci ildə Tula vilayətində təqaüdçü Qennadi Serqeviş Smirnov yük maşını ilə hasar arasında qalır, başından ciddi zədə alır. Növbəti gün alman dilində danışmağa başlayır.

- 1992-ci ildə isə Yaroslavlda ağır xəstəlik keçirən qızcığaz sağaldıqdan sonra başa düşülməz dildə danışmağa başlayır. Sonradan aydın olur ki, bu eramızdan əvvəl III əsrdə mövcud olan Şumer dilidir.

- Moskva psixiatriya institutunda 70 yaşlı insult keçirmiş qadının rus dilini unudaraq ivrit dilində danışmağa başlaması hamını heyrətə gətirir. Məlum olub ki, nə vaxtsa bu qadın ivrit dilini bilib, ancaq o zaman çox kiçik yaşda olub.

- Yaxın keçmişdə isə Şotlandiyada 50 yaşlı qadın yuxudan durduqda öz ana dilində qeyri-adi danışdığını hiss edib. Məlum olub ki, bu Cənubi Afrika ləhcəsidir. Halbuki, qadın heç vaxt Cənubi Afrikada olmayıb və bu dili ümumiyyətlə bilməyib.

Milli.Az