Bakıda daha bir marşrutda gediş haqqı kartla olacaq

2 İyun 2021 14:24

Bakıda 216 nömrəli marşrut xətti (Balaxanı qəsəbəsi - "Koroğlu" m/s) üzrə hərəkət edən avtobuslarda gediş haqqı "BakıKart" vasitəsilə ödəniləcək.

Bakı Nəqliyyat Agentliyindən Milli.Az-a verilən məlumata görə, sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə Balaxanı qəsəbəsi üzrə aşağıda qeyd olunan ünvanlardakı "OBA" marketlərdə "BakıKart" balansının artırılması üçün POS terminallar quraşdırılıb.

Milli.Az