Azərbaycanın dünya bazarlarına çıxarıla biləcək çoxlu resursları var - USAID

2 İyun 2021 14:30

Azərbaycanın dünya bazarlarına çıxarıla biləcək çoxlu resursları var.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu USAID-in Azərbaycan üzrə missiyasının direktoru Caydev Sinqh Onlayn İctimai Nəzarət Platformasının (www.enezaret.az) təqdimatı ilə bağlı mətbuat konfransı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan təkcə neft deyil, həm də digər resursların reallaşdırılması ilə məşğul ola bilər:

"Mən su ehtiyatlarını misal gətirə bilərəm. Hazırda bu resursun əhəmiyyəti getdikcə artmaqdadır".

Milli.Az