Ermənistan mediası Qaragöldə son vəziyyətə toxunub.
Milli.Az Modern.az-a istinadən xəbər verir ki bu barədə "Qraparak" qəzeti yazıb. Bildirilir ki, Azərbaycan və Ermənistan ordusunun bölmələri öz mövqelərində qalır.
"Qaragöl ətrafında son günlər vəziyyət stabil qalıb. Azərbaycan Ordusu nəzarətə götürdüyü ərazidə hər birində 25-30 hərbçi olmaqla, 4 post qurub. Onların öz hərbçi sayını artımadığı xəbər verilir. Eyni zamanda, Zəngəzurda böyük sayda könüllü dəstələr qalır. Onlar tam hazırlıq şəkildə müvafiq əmrləri gözləyir", - deyə qəzet yazır.
Milli.Az