Elnarə dekoliteli gəlinliyindən danışdı - Yoldaşıma dedim sən hara baxırdın - VİDEO

2 İyun 2021 11:14

ARB TV-nin "SözBaz" verilişinin növbəti qonağı müğənni Elnarə Xəlilova olub.

Milli.Az xəbər verir ki, Elnarə monitorda göstərilən gəlinlik libasından danışıb:

"İndiki ağlım olsaydı belə geyinməzdim.  O Gəlinliyimə baxıb yoldaşıma deyirəm ki, mən geyinmişdim, sən hara baxırdın? Deyirəm qoymazdın da elə geyinim. Bilirsiz mən stilist Səma ilə çalışırdım. Gəlinliyimin də ideyasını o vermişdi. Əslində yuxarısı elə dekolitə, aşağısını isə paçka formasında nəzərdə tutmuşdu. Dedim ay Səma başına dönüm mən səhnəyə çıxmıram, ərə gedirəm. Olar mən düz-əməlli paltar geyinim.

Milli.Az