Amitsiz "Erciyesspor" yenə xal itirdi

5 Fevral 2012 20:46

Bu gün Türkiyənin Bank Asya birinci liqasında 20-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, millimizin yarımmüdafiəçisi Amit Quluzadənin çıxış etdiyi "Erciyesspor" da bu gün növbəti oyununa çıxıb.

Həmyerlimizin komandası evdə "Kartalspor"la qarşılaşıb. Qeyd edək ki, bu oyun öncəsində "Erciyesspor" 27 xalla 7-ci pillədə qərarlaşmışdı. Kayseri təmsilçisi son dövrlərdəki uğursuz çıxışına son qoymaq üçün "Kartalspor"u məğlub yola salmağa borcluydu. Hansı ki, bu komanda 23 xalla 13-cü pillədə qərarlaşmışdı. Lakin tərəflərin 90 dəqiqəlik mübarizəsindən qol səsi çıxmayıb.

Son oyunda əsas heyətdə meydana çıxan Amitin bu dəfə hansı aqibəti yaşayacağı maraqla gözlənilirdi. Baş məşqçi Kemalettin Şentürk həmyerlimizə bu dəfə nəinki əsas heyətdə, heç ehtiyat oyunçular arasında da yer verməyib. Quluzadənin "18-lik"dən kənar qalmasının səbəbi məlum deyil.

Türkiyə Bank Asya birinci liqası

20-ci tur

5 fevral

Erciyesspor - Kartalspor - 0:0

Milli.Az