BMT əfqanlara çarə axtarır

2 İyun 2021 07:11

BMT Təhlükəsizlik Şurası (TŞ) 22 iyun tarixində Əfqanıstandakı vəziyyət və bəynəlxalq təşkilatının bu ölkədəki missiyası ilə əlaqədar yüksək səviyyəli görüş keçirməyi planlaşdırır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Estoniyanın BMT-dəki Daimi Nümayəndəsi Sven Yurqenson iyun ayında BMT Təhlükəsizlik Şurasına (TŞ) Estoniyanın sədrliyinin başlaması ilə əlaqədar keçirdiyi mətbuat konfransında bildirdi.

O qeyd edib: "UNAMA, Əfqanıstan üzrə yüksək səviyyəli görüş keçirməyi planlaşdırırıq, bu mütəmadi bir görüş olacaq".

BMT Təhlükəsizlik Şurasının iyun ayı iclaslarının cədvəlində bu tədbirin 22 iyun tarixində keçirilməsi planlaşdırılır.

Milli.Az