Ağstafada 5 aylıq uşaq yanıb

1 İyun 2021 23:49

Ağstafada bədbəxt hadisə baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Poylu kəndində qeydə alınıb.

2021-ci il təvəllüdlü Əlizadə Əli Həsən oğlu yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Dərhal azyaşlıya tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.

İlkin məlumata görə, 5 aylıq uşağın üstünə su qızdırıcıdan isti su tökülüb.

Milli.Az