Bu il “Son zəng” keçiriləcək? - Nazirlikdən REAKSİYA

1 İyun 2021 20:12

2020-2021-ci tədris ili üzrə məzun olan şagirdlərin sayı məlum olub.

Milli.Az xəbər verir ki, modern.az-a bu barədə Təhsil Nazirliyindən rəsmi cavab verilib.

Nazirliyin məlumatına görə, bu il respublika üzrə XI sinifləri 84076 nəfər şagirdin bitirməsi proqnozlaşdırılır.

Qeyd edək ki, ümumi təhsil müəssisələrinin dərs məşğələləri sentyabrın 15-də başlayıb, iyunun 14-də başa çatır.

Təhsil Nazirliyindən onu da əlavə ediblər ki, bu il "Son zəng" tədbirlərinin keçirilib-keçirilməməsi ilə bağlı hələ qərar verilməyib.

Milli.Az