Bu ədviyyat psixi xəstəliklərə dərmandır - Dəmləməsini için

21 İyul 2021 22:25

Dünyanın ən bahalı ədviyyatı olan zəfəran psixiki problemlər və xəstəliklərdən xilas yoludur.

Milli.Az xəbər verir ki, qırmızı qızıl adalanan, daha çox İranda istehsal olunan, Avropa və ABŞ-a kiloqramı 3000 dollara satılan zəfəran ekstraktı BAD olaraq qəbul edilsə, depressiya, şizofreniya, demensiya, nevroz, yuxu pozulması kimi problemlərdən qurtulmaq olar.

Qeyd edək ki, Bakıda sovet dövründən zəfəran yetişdirilib, Bilgəhdə zavodu da olub. Bu zəfəran da sağlamlıq üçün çox faydalıdır.

Alimlər zəfəranı depressiyalı xəstələrə verib, 2 aydan sonra onlarda yuxu normallaşıb, motivasiya yaranıb, həyata, yaşamağa maraq artıb.

Qeyd edək ki, az miqdarda zəfəranı yeməklərə qatıb qəbul etməklə bu müalicə effektini almaq olmur. Mütləq zəfəran ekstraktı müəyyən dozalarda BAD tableti kimi qəbul edilməlidir. /medicina.az

Milli.Az