Fransada küçəyə türk futbolçunun adı verildi - FOTO

2 İyun 2021 02:45

Fransanın Lill şəhərində küçələrdən birinə türkiyəli futbolçu Burak Yılmazın adı verilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, buna səbəb onun  "Lill"in ölkə çempionu olmasında böyük rol oynamasıdır.

Küçədə yerləşdirilən lövhədə "Burak Yılmaz ən yaxşı hücumçudur - Lillin kralı" fikirləri yazılıb.

Bununla bağlı küçədə açılış mərasimi olub və mərasimə "Lill" azarkeşləri qoşulub. 

Qeyd edək ki, Burak Yılmaz "Lill"də ölkə çempionu olub və komandanın 16 qolunu vurub.

Milli.Az