Arenada faciə: turist özünü sınamaq istədi, amma... - VİDEO

1 İyun 2021 21:48

İspaniyanın Alikante vilayətindəki korrida hazırlıq və məşq mərkəzində faciə yaşanıb.

Milli.Az bildirir ki, korridaya çıxaraq "özünü sınamaq" istəyən argentinalı turist öküzün qarşısında matadorluq etmək istəyib.

Lakin öküzün elə ilk zərbədə buynuzladığı turist ağır yaralanıb.

O, hospitala çatdırılsa da, reanimasiya bölməsində keçinib.

Milli.Az