“Borussiya” 15 milyona qapıçı aldı

1 İyun 2021 17:12

Almaniyanın "Borussiya" klubu heyətinə yeni qapıçı cəlb edib.

Milli.Az qafqazinfo-ya xəbər verir ki, Bundesliqa təmsilçisi "Ştutqart"ın qolkiperi Qreqor Kobeli transfer edib. Dortmundlular bu keçid üçün 15 milyon avro təzminat ödəyib.

23 yaşlı isveçrəli əlcək sahibi ilə 2026-cı ilin iyunun 30-dək müqavilə imzalanıb.

Milli.Az