"Çətin durumdayam" deyən rəqqasə "Cip"ini satışa çıxardı - VİDEO

2 İyun 2021 02:00

Bu yaxınlarda koronavirus epidemiyası səbəbindən işsizlikdən şikayətlənən və oriental rəqs məktəbini bağlayan Didem Kınalı maddi çətinliyi səbəbindən lüks cipini 485 min TL-yə satışa çıxarıb.

Milli.Az haberler.com-a istinadən xəbər verir ki, koronavirus epidemiyasından ən çox zərər görən sektorlardan biri məhz əyləncə sahəsidir. Kirayə və elektrik xərclərini ödəyə bilməyən və E-hökumətə kömək üçün müraciət etdiyini bildirən rəqqasə heç bir yardım ala bilmədiyindən "Cip" markalı maşınını satışa çıxardığını bildirib.

Kamran Seyidov
Milli.Az