Özbəkistanda "Style" adlı yeni növ qara rəngli tumsuz qarpız yetişdirilib

2 İyun 2021 22:49

Özbəkistanın Qaşqadərya vilayətinin fermeri Uluqbek Cumanazarov ölkədə ilk dəfə qara rəngli tumsuz qarpız yetişdirib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, "Style" adlı yeni növ qarpız uzun illərin təcrübəsi nəticəsində əldə olunub.

U.Cumanazarov deyib ki, yeni növ qarpız may ayında istixanada yetişdirilib və məhsul xarici ölkələrə göndəriləcək.

O vurğulayıb ki, dadına görə yeni növ qarpız adi qarpızdan fərqlənmir.

Milli.Az