Stress zamanı nə etmək lazımdır?

10 İyun 2021 08:01

Qorxu, qəzəb, vicdan əzabı. Bu hissləri hamımız keçirmişik. Psixoloqlar belə anlarda insanın sinir sisteminin gərginləşdiyini qeyd edirlər. Bu zaman isə insanlarda ürəkdöyünmə, istilikbasma, titrətmə, qıcıqlanma hissi olur. Bəs bu zaman nə etmək lazımdır? Nə etmək lazımdır ki, belə vəziyyətdə ağıla sahib olmaq mümkün olsun.

Psixoloqlar bu zaman 2 variantın olduğunu qeyd edirlər. Stress yaradan sahədən uzaqlaşmaq və ya fikrində məğlub olmaq. Bu bir addım geri çəkilmək kimi də qiymətləndirilə bilər. Vəziyyətin uzanıb daha da irəli getməməsi üçün bu variantların hər ikisi vacib sayılır. Əgər stress baş verən məkandan uzaqlaşmaq mümkün deyilsə, o zaman dərindən nəfəs almaq və diqqətini başqa yönə yönləndirmək lazımdır. Özünüzə gəlmək üçün siz buraya niyə gəlmənizi, harada yaşamanızı, hansı səsləri eşitdiyinizi fikirləşə bilərsiniz.
Stressi aradan qaldırmaq üçün mütəxəssislər piyada gəzinti, qaçaraq tullanmaq, mənfi enerjini müxtəlif idman hərəkətləri ilə bədəndən çıxarmaq lazımdır.
İkinci variant stresdən uzaq olmaq üçün işlə məşğul olmaqdır. Bu məşğuliyyət riyaziyyat məsələləri həll etməkdən, şeir oxuyub əzbərləməkdən ibarət ola bilər. Bu üsul stress atmaq üçün ən yaxşı vasitədir.
Bu zaman siz öz-özünüzə bəzi suallar verə bilərsiniz. Mən bu absurd vəziyyətdən çıxmaq üçün nə edə bilərəm? Mənim hansı məlumatlardan xəbərim var? Bu məsələdə mən hansı qərara gəldim?
Stress zamanlarında öz qəzəbinizi boğmağa çalışın.
Bu zaman çalışın əsəblərinizə hakim olun. Əgər mübahisə telefonda baş veribsə, o zaman ayaq üstündə durmağa çalışın. Əgər oturaraq danışmaq məcburiyyətindəsinizsə o zaman çalışın stolda rahat oturun.
Qarşınızdakı adama qarşı qəzəb hissi duysanız da gülümsəməyə çalışın. Gülümsəyərək qarşındakı adam ilə söhbət eləmək ortalıqda gərginliyin olmamasına səbəb olur. Gülümsəmək neqativ enerjinin aradan qalxmasına səbəb olur. Əgər qarşınızdakı adam sizin gülümsəmənizə layiq deyilsə, o zaman gülümsəyərkən gözlərinizi yumun.

Milli.Az