40 yaşdan yuxarı olanlar üçün kakaonun faydaları

10 İyun 2021 08:41

Dadlı kakao içkisi insan orqanizminə enerji verir, onu virus və infeksiyalardan qoruyur. Səhərlər bir fincan kakao içmək əhval ruhiyyəni yüksəldir, orqanizmin həyat tonusunu artırır. Onun tərkibində yaddaşı möhkəmləndirən və beyin fəaliyyətini yaxşılaşdıran maddələr var. Kakao qanda xolesterinin miqidarını normallaşdırmaq qabiliyyətinə malikdir. Kakao tərkibində çoxlu faydalı maddələr, mikroelementlər olan qidalardandır. Onun tərkibində olan sinkin miqdarını başqa qidalarda olan sinkin miqdarı ilə müqayisə etmək mümkün deyil. Kakao dənələrinin tərkibi 12-15% yağlardan, 6-10% karbohidratlardan, B qrup vitaminlərdən, liflərdən və antioksidantlardan ibarətdir.
Son illərin araşdırmaları kakaonun tərkibində başqa bir birləşmənin(kokoxil) olduğunu aşkar edib. Bu maddə dəri hüceyrələrinin təzələnməsinə, yaraların sağalmasına, qırışların aradan qalxmasına səbəb olur. Kakaonun tərkibində epikatexin adlı maddə var ki, bu orqanizmdə diabet, xərçəng, infarfkt və insult kimi təhlükəli xəstəliklərin əmələ gəlməsinin qarşısını alır.
ABŞ-dan olan bir qrup alim kakaonun tərkibində kalori olmasına baxmayaraq onun artıq çəkiyə səbəb olmadığını sübut edib. Onlar hətta az miqdarda kakao içməyin orqanizmə çox faydası olduğunu qeyd edirlər. Mütəxəssislər kakaonun günün birinci yarısında içməyi məsləhət bilir. Kakaonun tərkibində olan melanin piqmenti dərini ulrtabənövşəyi şüalardan və dəri yanıqlarından qoruyur.
Kakao güclü antioksidantdır. O maqnium və vitaminlərlə zəngindir. Sizə təqdim edilən resept 40 yaşdan yuxarı adamlar üçün çox faydalı və əvəzedilməzdir.
Reseptin tərkibində olan darçın qan dövranını yaxşılaşdırır, iltihab əlamətlərini aradan qaldırır, mixək antiseptik təsir göstərir və ağrıkəsici xüsusiyyətə malikdir.
Tərkibindəkilər:
- 2 stəkan süd
- ½ xörək qaşığı kakao və ya şokolad
- 1 çay qaşığı darçın
- ½ çay qaşığı mixək
- 1 çimdik duz
- ¼ çay qaşığı şəkər tozu
Hazırlanması:
Kakao və ya şokolad qaba tökülür, ədviyyatlar əlavə edilir, şəkər tozu və duz qatılaraq qarışdırılır. Sonda süd əlavə edilərək zəif odun üzərində qarışdırılaraq bişirilir. Qarışdırmaqda məqsəd isə ədviyyatların süddə tam həll olmasına nail olmaqdır. Süd qaynayana qədər qarışdırılır.

Milli.Az