Elnarə uşaqlarından şikayətləndi: Ya səhrada, ya da meşədə yaşamalıdırlar

1 İyun 2021 12:59

"Yeni klipim çıxmışdı, sosial şəbəkədə paylaşdım. Gözə-nəzərə tez gəlirəm".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki,  bu sözləri müğənni Elnarə Xəlilova sosial şəbəkədə deyib. "Sözbaz" proqramına qonaq olan sənətçi övladlarından gileylənib:

"Oğlum Öndər zəng edib ki, anam şkafı aşırtmışıq. Təsəvvür edin, şüşədir və içində qab qalmayıb. Balaca dırmaşıb lay-lay şüşələrlə, o da aşıb. Qalıb altında şüşələrin içində. Böyük də çalışıb onu ordan çıxarıb, əlləri kəsilib. Başıma oyun açırlar. Mənim uşaqlarım ya səhrada, ya da meşədə yaşamalıdırlar".

Milli.Az