Gürcüstanda koronavirusa yoluxanların sayı 345 mini keçib

1 İyun 2021 15:10

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 1 233 yoluxma halı qeydə alınıb, 31 nəfər ölüb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 345 196, ölənlərin sayı isə 4 804 nəfərə çatıb. Virusa yoluxanlardan 328 420 nəfərin sağaldığı bildirilir

Milli.Az