Kolumbiyadakı etirazlarda 48 nəfər həyatını itirdi

1 İyun 2021 12:54

Kolumbiyada hökumətin vergi islahatı gündəmi ilə başlayan nümayişlər bir aydır davam edir.

Milli.Az bildirir ki, indiyə qədər bir polis əməkdaşı da daxil olmaqla 48 nəfər həyatını itirib. 

Ölkədəki müstəqil QHT-lərin məlumatlarına görə, milli tətil ilə başlayan vergi əleyhinə islahatlar nümayişlərində ölənlərin sayının daha çox olduğu iddia edilir.

Milli.Az