Türkiyədə yoluxanların sayı yenidən artdı - FOTO

1 İyun 2021 21:38

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 129 nəfər ölüb.

Bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 223 min 482 nəfər test edilib, onların 7 min 112-nin koronavirus testi pozitiv nəticə verib, 9 min 457 nəfər sağalıb, min 241 koronaviruslu xəstənin isə vəziyyəti ağırdır.

Hazırda ölkə üzrə bu infeksiyadan ümumilikdə 47 min 656 nəfər ölüb.

Türkiyədə indiyədək 5 miyon 256 min 516 nəfər koronavirus xəstəsi olaraq qeydə alınıb, onlardan 5 milyon 124 min 081 nəfəri müalicə olunaraq evə buraxılıb.

Milli.Az