Vidal xəstəxanaya yerləşdirildi

1 İyun 2021 21:24

Çili millisinin və "İnter"in futbolçusu Arturo Vidal koronavirusa yoluxub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə Çili Futbol Federasiyası məlumat yayıb. Xəstəliyi ağır keçirən yarımmüdafiəçi xəstəxanaya yerləşdirilib.

Vidalın DÇ-2022-nin seçmə mərhələsində gələn həftə Argentina və Boliviya ilə keçiriləcək görüşləri buraxacağı açıqlanıb. Onun iyunun 13-də start götürəcək Amerika kubokunda iştirakı isə sual altındadır.

Milli.Az