Dünyada "Bayraqdar"a tələb çoxdur - Çavuşoğlu

1 İyun 2021 09:24

İndoneziyadan və dünyanın hər yerindən pilotsuz təyyarələrə tələb çoxdur, lakin Rumıniya və Polşa ilə bağlı ciddi bir dəyişiklik oldu.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Çavuşoğlu bildirib ki, hər iki ölkə müdafiə sənayesi məhsullarını alarkən, AB və NATO-nun kriteriyalarına uyğun hərəkət edib.

Qeyd edək ki, Polşa Müdafiə Nazirliyi Türkiyədən 24 ədəd "Bayraqdar TB2" PUA-sı alacağını bəyan edib.

Milli.Az