Çində koronavirusla bağlı son vəziyyət açıqlandı

1 İyun 2021 10:24

Çində son sutka ərzində 23 nəfərdə koronavirus aşkarlanıb, ölən olmayıb. 

Milli.Az "Qafqazinfo"ya istinadən bildirir ki, bu barədə "worldometers.info"da məlumat verilib.

Bununla da ölkədə koronavirusa yoluxanların sayı 91 122-yə yüksəlib, ölənlərin sayı əvvəlki kimi 4 636-dır. Ümumilikdə 86 149 xəstə sağalıb.

Ölkədə 337 aktiv koronavirus xəstəsi var ki, onlardan da 6-nın vəziyyəti ağır qiymətləndirilir.

Milli.Az