Makron koronavirusa qarşı peyvənd olunub

1 İyun 2021 08:58

Fransa Prezidenti Emmanuel Makron bazar ertəsi günü koronavirusa qarşı peyvənd olunub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə prezident "Twitter" hesabında yazıb.

Makron bütün fransızları peyvənd olunmağa çağırıb: "Mən və Brijit (həyat yoldaşı - red.) peyvənd olunduq. Hamı peyvənd olunsun, özümüzü və yaxınlarımızı qoruyaq".

Fransa liderinin hansı peyvənddən istifadə etdiyi açıqlanmayıb.

Xatırladaq ki, Makron 2020-ci ilin dekabrında koronavirus infeksiyasına yoluxmuşdu.

Milli.Az