Bakıda piyadanı avtomobil vurub

1 İyun 2021 08:18

Bakının Sabunçu rayonunda yol-nəqliyyatı hadisəsi zamanı bir nəfər xəsarət alıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, yol qəzası Zabrat qəsəbəsində baş verib.

1992-ci il təvəllüdlü Əliyev Əmrah Fəqan oğlu yolu keçərkən onu minik avtomobili vurub. Yaralı dərhal xəstəxanaya çatdırılıb.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Milli.Az