Rusiya Türkiyəyə təyyarə uçuşlarına qoyulan məhdudiyyətin vaxtını uzadıb

31 May 2021 23:55

Rəsmi Moskva Türkiyəyə təyyarə uçuşlarına qoyulan məhdudiyyətin vaxtını uzadıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə "RBC" portalına Rusiya aviaşirkətlərindən bildirilib.

Qeyd edilib ki, sözügedən qərar koronavirus infeksiyasının yayılması ilə əlaqədar qəbul edilib.

Milli.Az