İnsan infarktdan öncə bunları hiss edir - Kardioloqlar

28 İyul 2021 22:44

Kardioloqlar infarkt gəlməzdən öncə baş verən bəzi qəribə və ürəyə aid olmadığı hesab edilər xəbərdarlıq siqnallarını açıqlayıb.

Milli.Az xəbər verir ki, xəstələr ağızda turşməzə büzücü dad hiss edir. Eləcə də çənədə kəskin, qəfil diş ağrısına bənzər ağrı, sancı başlayır.

Ürək tutması bir neçə həftə öncədən inkişaf edə bilər.

Xəstə bəzi əlamətləri hiss edir, amma ürəkdən olduğunu bilmir.

Tənəffüsdə istənilən problem, boğulma hissi, təngnəfəslik və oturduğu yerdə təşviş və qorxu ürək həkiminə getməyə əsasdır. /medicina.az

Milli.Az