İngiltərədə tək dozalıq vaksinin istifadəsinə icazə verildi

31 May 2021 22:01

İngiltərədə "Johnson & Johnson" vaksinin istifadəsinə icazə verilib.

Milli.Az xəbər verir ki, "Johnson & Johnson" ölkədə istifadə edilən sayca 4-cü vaksin olub.

Verilən açıqlamada "Janssen" olaraq da adlanan peyvənd üçün 20 milyon doza sifariş ediləcəyi bildirilib.

Qeyd edək ki, "Johnson & Johnson" vaksini tək doza olaraq istifadə edilir. /medicina.az

Milli.Az