Erməni general qəzaya düşdü, vəziyyəti ağırdır

31 May 2021 12:59

Ermənistanda general avtomobil qəzasına düşüb.

Milli.Az azxeber-ə istinadən bildirir ki, "Opel" markalı avtomobillə toqquşan "Nissan X-Trail"də ordu generallarından biri olub. Xəstəxanaya yerləşdirilən generalın adı hələlik rəsmi orqanlar tərəfindən açıqlanmasa da, "Shamshiyan" saytı hadisənin təfərrüatlarını öyrənə bilib.

"Opel"in Ararat sakini 26 yaşlı Hakob Ohanyan, "Nissan X-Trail"in isə 58 yaşlı Karen Barsegyan tərəfindən idarə olunduğu üzə çıxıb. Məlumata görə, qəzaya düşən Barseqyan general-mayordur. Onun vəziyyətinin ağır olduğu deyilir.

Milli.Az