Türkiyə ilə Yunanıstan arasında koronavirus peyvəndlərinin tanınmasına dair razılaşma əldə olunub

31 May 2021 21:56

Türkiyə ilə Yunanıstan arasında yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı peyvəndlərə dair sertifikatların qarşılıqlı tanınmasına dair razılıq əldə olunub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Türkiyə və Yunanıstan xarici işlər nazirləri məlumat veriblər.

Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Yunanıstana səfər edib. Afinada nazirlər Mövlud Çavuşoğlu və Nikos Dendias birgə mətbuat konfransı keçiriblər.

Milli.Az