Berlin klinikalarının reanimasiya bölmələrində çarpayıların yalnız 20 faizi doludur

31 May 2021 20:09

Almaniyada pandemiya səviyyəsinin azalması daha bir yaxşı nəticə verib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, sabahdan etibarən Almaniya paytaxtının klinikaları koronavirus xəstələrinin stasionar müalicəsi üçün xəstəxana çarpayılarının bronlamalı olmayacaqlar.

Hazırda klinikaların intensiv terapiya şöbələrində koronavirus xəstələrinin müalicəsi üçün ayrılmış çarpayıların yalnız 20 faizi doludur. Bu, həmin bölmələrin işinin xeyli yüngülləşməsi deməkdir.

AFR hökumətinin başçısı Angela Merkel Berlin həkimlərinin və şəfqət bacılarının fədakar işinə görə onlara təşəkkürünü bildirib.

Səhiyyə departamentinin press-relizində bildirilir ki, indi klinikalar qohumların xəstələrə baş çəkməsi vaxtına düzəliş edə biləcəklər.

Milli.Az