Rusiyada tanınmış informasiya portalı bağlandı - SƏBƏB

31 May 2021 19:12

Rusiyada 21 ildir fəaliyyət göstərən newsru.com informasiya portalı iqtisadi səbəblərdən bağlandığını elan edib.

Milli.Az "bizim.media"ya istinadən xəbər verir ki, bu haqda redaksiya heyəti açıqlama yayıb. Bildirilib ki, son vaxtlar portalda ən azı 3 milyon insan xəbər oxuyub.

Portal xatırladıb ki, əvvəlcə onlar NTV.ru-nu təmsil ediblər. Portal yarandığı gündən indiyədək bir çox əməkdaş bu qurumda çalışıb.

Jurnalistlər qeyd edirlər ki, bağlanmağın əsas səbəbi siyasətlə əlaqəlidir. Onların açıqlamalarına görə, 2014-cü ildən sonra yalnız coğrafiya və xarici siyasət deyil, daxili iqtisadiyyat da köklü şəkildə dəyişib.

Xüsusilə, bütün böyük reklamverənlər nəşrlə əməkdaşlığı dayandırıblar, çünki medianın məlumat gündəmi digər məlumat mənbələrinin verdiklərindən fərqli olub.

Xatırladaq ki, portal NTV kanalının keçmiş sahibi Vladimir Qusinski tərəfindən maliyyələşdirilib.

Milli.Az