Koronadan ölənlərin meyitləri çaya atılır - VİDEO

31 May 2021 14:22

Hindistanın Balrampur şəhərində koronavirusdan ölən xəstələrin cəsədləri çaya atılır.

Milli.Az haberturk-ə istinadən xəbər verir ki, bu fakt yoldan keçən iki nəfər tərəfindən kameralara köçürülüb. Cəsəd əyinlərində qoruyucu kostyum olan iki nəfər tərəfindən körpünün üstündən çaya atılıb. Ölkədə Covid-19-dan ölənlərin cəsədlərinin çaya atıldığı barədə şayiələr yayıldığı günlərdə sözügedən görüntülər sosial mediada qəzəb doğurub.
 

Kamran Seyidov
Milli.Az