Ermənistanda COVID-19-dan ölənlərin sayı 4438-ə çatıb

1 İyun 2021 04:30

Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 34 yoluxma halı qeydə alınıb.

Milli.Az APA-ya istinadən bildirir ki, ölkədə indiyə qədər koronavirusa yoluxanların ümumi sayı 222 670 nəfərə çatıb.

Son sutka ərzində 6 nəfər koronavirusdan ölüb və bununla da Ermənistanda infeksiyaya yoluxaraq ölənlərin ümumi sayı 4438 nəfərə çatıb.

Milli.Az