Gürcüstanda son sutkada koronavirusa 360 yoluxma qeydə alınıb

31 May 2021 14:40

Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 360 yoluxma halı qeydə alınıb, 16 nəfər ölüb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 343 963, xəstəlikdən ölənlərin sayı isə 4 773 nəfərə çatıb.

Koronavirusa yoluxanlardan 327 618 nəfərin sağaldığı bildirilir.

Milli.Az