Penitensiar xidmətin əsgəri özünü güllələdi

31 May 2021 11:09

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əsgəri intihar edib.

Milli.Az xəbər verir ki, Penitensiar Xidmətin şöbə rəisi Mehman Sadıqov Report-a bildirib ki, mayın 31-də saat 02:50 radələrində Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Mühafizə Alayının atıcı bölüyünün atıcısı, əsgər 2003-cü il təvəllüdlü Məhəmməd Teymur oğlu Əliyev keşikçi qülləsində xidmət apararkən ona təhkim olunmuş AK-74 markalı avtomat silahından atəş açaraq intihar edib.

Hadisə yerinə çağırılmış təcili tibbi yardım briqadası ölüm faktını təsdiqləyib.

Faktla bağlı Bakı Hərbi Prokurorluğu tərəfindən araşdırma aparılır.

Milli.Az