Türkiyədə 20 maşın toqquşub: xəsarət alanlar var

31 May 2021 10:57

Kocaelidə zəncirvarı yol qəzası baş verib.

Milli.Az-ın "Anadolu" agentliyinə istinadən verdiyi xəbərə görə, İstanbul istiqamətində hərəkətdə olan "TIR"a arxadan sərnişin avtobusu çırpılıb.

Ümumilikdə 21 avtomobil toqquşub, 20 nəfər xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Milli.Az