Sərhəddə erməni diversantları saxlanılıb? - RƏSMİ AÇIQLAMA

31 May 2021 10:01

"Bəzi sosial media səhifələrində Zəngilan rayonu ərazisində dövlət sərhədində Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupunun Azərbaycan ərazisinə keçməyə cəhd göstərərkən zərərsizləşdirilməsi, qrupun 2 üzvünün saxlanılması barədə məlumatlar yayılıb".

Bu barədə Milli.Az-a Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Bildirilib ki, bu məlumatlar həqiqəti əks etdirmir: "Ermənistanla dövlət sərhədində vəziyyət stabildir və bölmələrimizin tam nəzarəti altındadır".

Milli.Az