19 yaşlı hakim meydanda ölüb

31 May 2021 11:07

İspaniyalı futbol hakimi Fernando Alkaras Bernal 19 yaşında vəfat edib.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Mursiya Regionu Futbol Federasiyası açıqlayıb.

Referi oyunqabağı isinmə hərəkətləri zamanı ölüb. Bernal huşunu itirərək meydana yıxılıb.

Ona ilkin yardım göstərilib. Lakin hakimin həyatını xilas etmək mümkün olmayıb.

Milli.Az