Lirə manata nəzərən kəskin ucuzlaşıb

31 May 2021 10:44

Azərbaycan Mərkəzi Bankı 31 may tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.

Mərkəzi Bankdan Milli.Az-a verilən məlumata görə, bu günə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1.7000 manat təşkil edir.

Manata nəzərən avronun məzənnəsi 2.0738, türk lirəsi 0.1983, rus rublu 0.0232, 100 İran rialı 0.0040, gürcü larisi 0.5195 manatdır.

Milli.Az