Poçettino rəhbərlikdən müqaviləsinin ləğvini istədi

30 May 2021 22:35

PSJ-nin baş məşqçisi Maurisio Poçettino klubun rəhbərliyindən müqaviləni vaxtından əvvəl ləğv etməsini istəyib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, argentinalı mütəxəssis "Real"ı çalışdırmaq istəyir. Bundan başqa, "Tottenhem"də çalışdırıcını kluba qaytarmaq istəyir.

Xatırladaq ki, Poçettino bu ilin ilin yanvarından Paris təmsilçisini çalışdırır. Onun klubla müqaviləsi 2022-ci ilin iyunu başa çatır.

Milli.Az